Ötən il Azərbaycanda 208 ton yod istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstərici ilə eynidir.
Təkcə ötən ilin dekabr ayında isə ölkədə 15,1 ton yod istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 3 % azdır.
Bu il yanvarın 1-nə Azərbaycanda 16,9 ton hazır məhsul ehtiyatı olub.