Azərbaycanda yapışdırıcı maddələrin istehsalı 8 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 121,2 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.

Təkcə noyabrda isə ölkədə 11,5 ton yapışqan və yapışdırıcı maddələr istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 3,4 % azdır.

Bu ilin dekabrın 1-nə, Azərbaycanda 7,6 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 122,2 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 21,7 % çoxdur.

Digər xəbərlər