2024-cü ildə Azərbaycanda 136,6 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 11,7 % çoxdur.
Təkcə dekabrda isə ölkədə 15,4 ton yapışqan və yapışdırıcı maddələr istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 57 % çoxdur.
Bu il yanvarın 1-nə Azərbaycanda 8,5 min ton hazır məhsul ehtiyatı olub.