Azərbaycanda yapışdırıcı maddələr istehsalı 62 %-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 28,1 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,4 % çoxdur.

Təkcə fevralda isə ölkədə 12,1 ton yapışqan və yapışdırıcı maddələr istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 8 % çoxdur.

Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 10,1 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 136,6 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 11,7 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26