Bu ilin I rübündə Azərbaycanda 0,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % azdır.
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda 5,2 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 3,4 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 2,9 % azdır.