Azərbaycanda unlu qənnadı məmulatlarının istehsalı 3 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 42 min 810 ton unlu qənnadı məmulatları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Avqustun 1-nə ölkədə müəssisələrin anbarlarında 1 min 157,2 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,2 dəfə azdır.

Hesabat dövründə Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26