Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 73,5 min ton tikinti qumu istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31,3 % çoxdur.
Təkcə oktyabrda isə ölkədə 127 ton tikinti qumu istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 8,4 % çoxdur.
Bu ilin noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 11 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 1 milyon 131,2 min ton tikinti qumu istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 6,6 % azdır.