Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 13,4 min ton tikinti gipsi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,6 % çoxdur.
Təkcə fevralda isə ölkədə 6,7 min ton tikinti gipsi istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 1,5 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1,8 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 103 min ton tikinti gipsi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 21,2 % çoxdur.