Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 70,3 min ton tikinti gipsi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 % çoxdur.
Təkcə sentyabrda isə ölkədə 9,1 min ton tikinti gipsi istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 11 % çoxdur.
Bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 2 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 85 min ton tikinti gipsi istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 98,1 % çoxdur.