Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 9 milyon 34,7 min kvadratmetr tikinti şüşəsi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,8 % çoxdur.
Təkcə noyabr ayında isə 607 min kvadratmetr şüşə istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 28 % çoxdur.
Ötən ilin dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1 milyon 69,8 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 8 milyon 807 min kvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 12,9 % azdır.