Ötən il Azərbaycanda 10 milyon 24,6 min kvadratmetr tikinti şüşəsi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 14,3 % çoxdur.
Təkcə dekabr ayında isə 989 min kvadratmetr şüşə istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 14 % çoxdur.
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1 milyon 197 min kvadratmetr hazır məhsul ehtiyatı olub.