Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8 milyon 427,6 min kvadratmetr tikinti şüşəsi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,9 % çoxdur.
Təkcə oktyabr ayında isə 817,2 min kvadratmetr şüşə istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,2 % çoxdur.
Bu ilin noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1 milyon 329,6 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 8 milyon 807 min kvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 12,9 % azdır.