Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 736 min kvadratmetr tikinti şüşəsi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,3 % çoxdur.
Təkcə avqust ayında isə 875,6 min kvadratmetr şüşə istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,3 % çoxdur.
Bu ilin sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1 milyon 612,8 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 8 milyon 807 min kvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 12,9 % azdır.