Ötən il Azərbaycanda 4 milyon 28 min ton sement istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 1,6 % çoxdur.
Təkcə dekabrda isə ölkədə 292 min ton sement istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 5 % azdır.
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 105,4 min ton hazır məhsul ehtiyatı olub.