Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 min 736 ton sement istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 % çoxdur.
Təkcə noyabrda isə ölkədə 315 ton sement istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 8 % azdır.
Ötən ilin dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 99,9 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 3 min 725 ton sement istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 4,6 % çoxdur.