Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 579,1 min ton sement istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,9 % çoxdur.
Təkcə fevralda isə ölkədə 250 ton sement istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 24 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 127,8 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 4 milyon 28 min ton sement istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 1,6 % çoxdur.