Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 284,1 min ton şəkər və qənd istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,1 % azdır.
Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı isə 15 % azalaraq 9 milyon 14,5 tona düşüb.
Dekabrın 1-nə Azərbaycanda 4,5 min ton şəkər və qənd, 186,2 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 7,8 dəfə az və 62,5 % çoxdur.
Xatırladaq ki, 11 ayda Azərbaycanda 4 milyard 287,2 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,3 % çoxdur.