Azərbaycanda şəkər istehsalı 29 % artıb

Bu ilin yanvar ayında Azərbaycanda 3,1 min ton şəkər istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 % çoxdur.

Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 31,1 % azalaraq 664 tona düşüb.

Fevralın 1-nə Azərbaycanda 9,6 min ton şəkər, 104,3 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 36 % və 0,7 % azdır.

Digər xəbərlər