Azərbaycanda quyu nasoslarının istehsalı dekabrda 23 % azalıb

2024-cü ildə Azərbaycanda 6 min 162 ədəd ştanqlı quyu nasosları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 9 % çoxdur.

Təkcə dekabrda isə ölkədə 487 ədəd ştanqlı quyu nasosları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 23 % azdır.

Bu il yanvarın 1-nə Azərbaycanda 716 ədəd hazır məhsul ehtiyatı olub.

Digər xəbərlər