Bu ilin yanvar-mart aylarında Azərbaycanda 411,9 kq qızıl, 722,2 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 32,3 % və 45,8 % azdır.
I rübdə Azərbaycanda mis konsentratının istehsal həcmi 846,9 ton olub ki, bu da 1 ilin əvvəlinə nisbətən 52,3 % çoxdur.
Bu ilin aprelin 1-nə ölkədə 48,8 kq qızıl, 32,8 kq gümüş, 573,6 ton mis konsentratı ehtiyatı olub.