Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 367,3 kq qızıl, 742,6 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı ötən ilin yanvar-fevral aylarının göstəricisindən 30,8 %, gümüş istehsalı 7,9 % az olub.
Bu ilin martın 1-nə 179,4 kq qızıl, 325,1 kq gümüş ehtiyatı yaranıb.