Azərbaycanda qiymətli metalların istehsalı azalıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 588,7 kq qızıl istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% azdır.

Avqustun 1-nə ölkədə hazır məhsul ehtiyatı 153,5 kq təşkil edib.

Son 1 ildə gümüşün də istehsalı azalıb. Belə ki, 7 ay ərzində ölkədə 1 051,1 kq gümüş istehsal olunub ki, bu da illik müqayisədə 5,3 dəfə azdır.

İyulun sonuna ölkədə hazır məhsul istehsalı 64,2 kq təşkil edib. 

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26