Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 41,8 min ton qida duzu istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 % azdır.
Avqustun 1-nə ölkədə 1,2 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 40 % azdır.
Hesabat dövründə Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur.