Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 9 min 053,2 ton qaymaq və xama istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 % çoxdur.
11 ayda ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 2,8 % artaraq 50 min 419 tona çatıb.
Hesabat dövrünə respublikada 0,1 ton qaymaq və xama ehtiyatı, 58,9 ton isə pendir və kəsmik ehtiyatı yaranıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 4 milyard 287,2 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,3 % çoxdur