Bu ilin yanvar-may aylarında Azərbaycanda 67,2 min ton propilen istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,1 % çoxdur.
5 ay ərzində ölkədə həmçinin 75,2 min ton polietilen, 76,1 min ton etilen istehsal olunub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 69,9 % və 66,7 % çoxdur.