Azərbaycanda polad istehsalı 22 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 290,2 min ton polad istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % çoxdur.

Təkcə sentyabrda isə ölkədə 36 min ton polad istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 3,2 % çoxdur.

Bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 14,6 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 323,5 min ton polad istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 17,5 % azdır.

Digər xəbərlər