Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 322,3 min ton polad istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.
Təkcə oktyabrda isə ölkədə 32,1 min ton polad istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 0,3 % azdır.
Bu ilin noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 7,6 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 323,5 min ton polad istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 17,5 % azdır.