Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 323,2 min ton polad istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,3 % çoxdur.
Təkcə noyabrda isə ölkədə 0,9 min ton polad istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 95 % azdır.
Ötən ilin dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 3,1 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 323,5 min ton polad istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 17,5 % azdır.