Azərbaycanda polad boru istehsalı 4 dəfəyə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda 13,9 min ton polad boru istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur.

Bu il fevralın 1-nə, ölkədə 3,7 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 109,8 min ton polad boru istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 62,3 % azdır. 

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26