Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 47,72 min ton pambıq mahlıcı istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % çoxdur.
Bu il avqustun 1-nə ölkədə 23,47 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 9,9 % azdır.