Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 784 ədəd noutbuk istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Hesabat dövründə ölkədə 426 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da bir il əvvəlki göstəricidən 6,8 % çoxdur.
Təkcə fevralda 320 ədəd noutbuk və 195 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, yanvara nisbətən müvafiq olaraq 31 % və 16 % azdır.