Azərbaycanda mis məftil istehsalı sentyabrda 5 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 461,7 ton mis məftil istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 dəfə çoxdur.

Təkcə sentyabrda isə ölkədə 57,8 ton mis məftil istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 5 dəfə çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 98 ton mis məftil istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 56,4 % azdır.

Digər xəbərlər