Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4 433 ədəd minik avtomobili istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 057 ədəd və ya 86,6 % çoxdur.
Nəticədə, bu il noyabrın 1-nə ölkədə 213 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 10 ayında Azərbaycanda 643,7 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin 10 ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 % artıb, maşın və avadanlıqların istehsalı 43,2 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 % azalıb.
Bu ilin yanvar-oktyabr aylarında ölkədə 399 ədəd və ya 2023-ci ilin müvafiq ayları ilə müqayisədə 0,7 % az yük avtomobili istehsal olunub. Bu il noyabrın 1-nə ölkədə 37 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ötən 10 ay ərzində Azərbaycanda 495 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 14,7 % azdır. Nəticədə, bu il noyabrın 1-nə ölkədə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.