Bu ilin yanvar-may aylarında Azərbaycanda 1 milyon 922,4 min dekalitr meyvə şirəsi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 % çoxdur.
Hesabat dövrünə Azərbaycanda 63 min 221,6 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu da, illik müqayisədə 4,9 % azdır.
İyunun 1-nə ölkədə 648 min dekalitr meyvə şirəsi ehtiyatı, 14 min 732,5 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 19,7 % az və 18,7 % çoxdur.