Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 min 921 ton metaldan konstruksiya istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur.
Təkcə fevral ayında isə 1 min 783 ton metaldan konstruksiya istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13,6 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 10 min 871 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 23 min 748 ton metaldan konstruksiya istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 2,1 % azdır.