Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 222,5 ton makaron məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 % çoxdur.
Hesabat dövründə Azərbaycanda həmçinin 12 min 013,5 ton unlu qənnadı məhsulları istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 0,8 % azdır.
Martın 1-nə ölkədə unlu qənnadı məhsulları üzrə 317,9 ton hazır məhsul ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 2 dəfə azdır.