Azərbaycanda lak-boya məmulatlarının istehsalı 6 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 34 min 828,1 ton lak-boya məmulatları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Təkcə oktyabrda isə ölkədə 4 min 666,4 ton lak-boya məmulatları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 2,5 % azdır.

Bu ilin noyabrın 1-nə Azərbaycanda 434,5 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 39 min 567,9 ton lak-boya məmulatları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 16,8 % çoxdur.

Digər xəbərlər