Azərbaycanda kolbasa istehsalı 8 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 27 min 946,2 ton kolbasa məmulatları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.

Dekabrın 1-nə ölkədə 56,6 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 13,4 % çoxdur.

Xatırladaq ki, 11 ayda Azərbaycanda 4 milyard 287,2 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,3 % çoxdur

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26