Bu ilin yanvar-may aylarında Azərbaycanda 12 min 025,7 ton kolbasa məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 % çoxdur.
İyunun 1-nə ölkədə 54,9 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 73,7 % çoxdur.