Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 505,5 min kubmetr tikinti kərpici istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 % çoxdur.
Təkcə oktyabr ayında isə 59,9 min kubmetr kərpic istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 10,3 % çoxdur.
Bu ilin noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 2,1 min kubmetr hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 616,7 min kubmetr tikinti kərpici istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 19,1 % azdır.