Ötən il Azərbaycanda 622,3 min kubmetr tikinti kərpici istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,7 % çoxdur.
Təkcə dekabr ayında isə 67 min kubmetr kərpic istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 19 % azdır.
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 4,2 min kubmetr hazır məhsul ehtiyatı olub.