Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 555,4 min kubmetr tikinti kərpici istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.
Təkcə noyabr ayında isə 49,9 min kubmetr kərpic istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 5,3 % çoxdur.
Ötən ilin dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 3,2 min kubmetr hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 616,7 min kubmetr tikinti kərpici istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 19,1 % azdır.