Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 110,4 min kubmetr tikinti kərpici istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, ölkədə 7,6 min kubmetr hazır məhsul ehtiyatı olub.
Təkcə fevral ayında isə 52,8 min kubmetr kərpic istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 20,6 % çoxdur.
2024-cü ildə Azərbaycanda 622,3 min kubmetr tikinti kərpici istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 0,7 % çoxdur.