Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 445,6 min kubmetr tikinti kərpici istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.
Təkcə sentyabr ayında isə 43,4 min kubmetr kərpic istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 28 % azdır.
Bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1,9 min kubmetr hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 616,7 min kubmetr tikinti kərpici istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 19,1 % azdır.