Azərbaycanda karbamid istehsalı 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 363,9 min ton karbamid istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 94 % çoxdur.

Avqustun 1-nə 45,7 min ton hazır məhsul istehsalı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26