Azərbaycanda içki istehsalı 13% artıb

Bu ilin yanvar ayında Azərbaycanda 2 130,8 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda araq istehsalı 85,7 min dekalitr (1 il əvvələ nisbətən 20,1 % az), viski-konyak istehsalı 0,5 min dekalitr (28,6 % az), üzüm şərabı istehsalı 55,4 min dekalitr (2,2 dəfə çox), pivə istehsalı 203,1 min dekalitr (20,9% az), spirtsiz içki istehsalı isə 1 786,1 min dekalitr (19,1 % çox) təşkil edib.

Bu il fevralın 1-nə ölkədə spirtli içki ehtiyatı 1 487,2 min dekalitr, spirtsiz içki ehtiyyatı isə 257,3 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 3,7 % və 2,3 dəfə azdır.

Digər xəbərlər