Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 679,3 kq qızıl, 4 151,1 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı ötən ilin yanvar-iyul aylarının göstəricisindən 18,4 % az, gümüş istehsalı 49 % çox olub.
Bu ilin avqustun 1-nə 423,8 kq qızıl, 717,1 kq gümüş ehtiyatı yaranıb.