Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 248,6 kq qızıl, 5 038,5 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı ötən ilin yanvar-sentyabr aylarının göstəricisindən 13,8 % az, gümüş istehsalı 43,5 % çox olub.
Bu ilin oktyabrın 1-nə ölkədə 327,9 kq qızıl, 320,5 kq gümüş ehtiyatı yaranıb.