Azərbaycanda gümüş istehsalı 25% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 711,7 kq qızıl istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azdır.

Bu il iyulun 1-nə ölkədə 2 459,5 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin ilk 6 ayı ərzində Azərbaycanda 2 150,3 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 25,1% çoxdur.

Bu il iyulun 1-nə ölkədə 416,6 kq hazır məhsul ehtiyatı yaranıb.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26