Bu ilin yanvar-mart aylarında Azərbaycanda 427,6 kq qızıl, 839,8 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,8 % və 16,3 % azdır.
Ötən rüb Azərbaycanda mis konsentratının istehsal həcmi isə 54,3 ton olub ki, bu da 1 il əvvələ nisbətən 93,6 % azdır.
Bu il aprelin 1-nə ölkədə 196,8 kq qızıl, 507,4 kq gümüş, 76,7 ton mis konsentratı ehtiyatı olub.